Rusiya pilotunun ölümündə şübhəli bilinən Türkiyə vətəndaşına 5 il iş verilib

Rusiya pilotunun ölümündə şübhəli bilinən Türkiyə vətəndaşına 5 il iş verilib Vəkil: “Məhkəmə rusiyalı təyyarəçi Oleq Peşkovun ölümü ilə bağlı cinayət işini hələ araşdırır”
Region
22 May , 2017 14:20
Rusiya pilotunun ölümündə şübhəli bilinən Türkiyə vətəndaşına 5 il iş verilib

Bakı. 22 may. REPORT.AZ/ Türkiyə sərhədini pozan Rusiya pilotunun ölümündə şübhəli bilinən Alparslan Çelik 5 il azadlıqdan məhrum edilib.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Alparslan Çeliyin vəkili Murat Üstündağ bildirib.

Alparslan Çelik qanunsuz silah gəzdirmək maddəsi ilə ittiham olunub.

“Məhkəmə rusiyalı təyyarəçi Oleq Peşkovun ölümü ilə bağlı cinayət işinə baxmayıb. Çünki iş hələ araşdırılır”, - vəkil vurğulayıb.

Xatırladaq ki, 2015-ci il noyabrn 24-də Rusiyanın “Su-24” hərbi təyyarəsi Türkiyənin hava sərhədini pozduğundan Türkiyənin “F-16” qırıcısı tərəfindən vurulub. Katapult olunan Oleq Peşkovun Suriya Türkmən Ordusunun döyüşçüsü Alparslan Çelik tərəfindən öldürüldüyü iddia edilir. 

Son xəbərlər

Orphus sistemi