​Rusiya pilotunu öldürməkdə şübhəli bilinən Türkiyə vətəndaşı daha bir il həbsdə saxlanılacaq

​Rusiya pilotunu öldürməkdə şübhəli bilinən Türkiyə vətəndaşı daha bir il həbsdə saxlanılacaq O, əvvəllər saxta pulla bağlı cinayətə görə mühakimə edilib
Region
28 İyun , 2016 19:58
​Rusiya pilotunu öldürməkdə şübhəli bilinən Türkiyə vətəndaşı daha bir il həbsdə saxlanılacaq

Bakı. 28 iyun. REPORT.AZ/ Türkiyənin hava məkanını qanunsuz keçmiş Rusiya hərbi təyyarəsinin pilotunu öldürməkdə şübhəli bilinən Alparslan Çelk başqa bir cinayətlə bağlı 2017-ci il iyunun 8-dək həbsxanada saxlanılacaq.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

İnformasiyada bildirilib ki, əvvəllər saxta pulla bağlı cinayətə görə mühakimə edilən A.Çelik barəsində 2,5 il azadlıqdan məhrumetmə və 2 min Türk lirəsi məbləğində cərimə cəzası kəsilib. O, Niğde həbsxanasından fərarilik edərək qeydiyyata düşəmədiyi üçün sərbsətlik haqqını itirib. Bununlada barəsində həbs qətiimkan tədbirinin müddəti 2017-ci il iyunun 8-dək uzadılıb.

İzmir şəhər prokurorluğu Alparslan Çelikin Rusiya pilotunun qətlə yetirməsi üzrə cinayət işini araşdırır. 

Son xəbərlər

Orphus sistemi