Yuxarı

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Türkiyədə səfərdədir - YENİLƏNİB

O, Ankarada türkiyəli həmkarı ilə görüşüb

Bakı.15 sentyabr. REPORT.AZ/ Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Türkiyədə səfərdədir.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar Ankarada onunla görüşüb.

Məlumata görə, görüş mətbuat üçün qapalı keçirilib.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı rəisi, ordu generalı Valeri Gerasimovun avqustun 26-da Türkiyəyə səfəri təxirə salınmışdı.

*** 10:57

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov sentyabrın 15-də Türkiyəyə səfər edəcək.

"Report" Haber7-yə istinadən xəbər verir ki, səfər çərçivəsində iki ölkə arasında hərbi əməkdaşlıq, habelə Suriyadakı vəziyyətin müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun avqustun 26-da Türkiyəyə səfəri təxirə salınmışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi