Yuxarı
    Bağlamaq

    ​Rusiya-NATO Şurasının fəaliyyəti bərpa olunacaq

    Yens Stoltenberq: Şura fəaliyyətini davam etdirir, 2014-cü ildən qurumun bir neçə iclası da keçirilib

    Bakı. 2 dekabr. REPORT.AZ/ "Rusiya ilə əməkdaşlığın bərpa edilməsi üçün Rusiya-NATO Şurasından faydalanmağın yollarının araşdırılması haqda qərar qəbul etdik".

    "Report" TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

    "2014-cü ildə Rusiya Krımı ilhaq edəndən sonra alyans Rusiya ilə praktik olaraq, bütün əlaqələri dondurub. Qeyd etmək istəyirəm ki, biz həmin vaxt Rusiya ilə siyasi təması saxlayacağımız haqda razılığa gəlmişdik. Rusiya-NATO Şurası fəaliyyətini davam etdirir, 2014-cü ildən Şuranın bir neçə iclası da keçirilib", - o, söyləyib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi