Yuxarı

​Rusiya Müdafiə Nazirliyi Ermənistanda MiQ-29 təyyarələrinin iştirakı ilə təlimlərə başlayıb

Təlimlərə dördüncü nəsil MiQ-29 qırıcıları, döyüş maşınları, tanklar və pilotsuz uçan aparatlar cəlb olunub

Bakı. 13 oktyabr. REPORT.AZ/ Ermənistandakı Rusiya hərbi bazasının komandanlığı ikitərəfli batalyon taktiki təlimlərə başlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin məlumatında bildirilib.

Təlimlərdə müasir tipli dördüncü nəsil MiQ-29 qırıcıları, döyüş maşınları və tanklar iştirak edir. Döyüş təlimlərinə nəzarət pilotsuz uçan aparatlar vasitəsilə həyata keçirilir.

Təlimlərin yüksək dağ əraziləri olan Kamhud və Alagöz poliqonlarında keçirildiyi bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi