Yuxarı

​Rusiya müdafiə naziri: ""Su-24"ün şturmanı sağ-salamat bazaya gətirilib"

Nazir bu haqda Rusiya prezidenti Vladimir Putinə məruzə edildiyini də vurğulayıb

Bakı. 25 noyabr. REPORT.AZ/ ""Su-24" təyyarəsinin şturmanı sağ-salamat Rusiyanın Suriyadakı hərbi bazasına gətirilib".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu nazirliyin kollegiya iclasında bildirib.

Nazir bu haqda rusiya prezidenti Vladimir Putinə məruzə edildiyini də vurğulayıb.

Qeyd edək ki, Rusiyanın Xarici İşlər Nazirliyi "Su-24" təyyarəsinin vurulması ilə bağlı Türkiyənin Moskvadakı səfiri Ümid Yardıma ölkəsinin ciddi xəbərdarlığını təqdim edib.

Rusiyanın Müdafiə Nazirliyi "Su-24"ün pilotlarından birinin öldüyünü bildirmişdi.

Xatırladaq ki, noyabrın 24-də səhər saatlarında Rusiyanın Suriyadakı hərbi aviasiya qrupuna məxsus "Su-24" döyüş təyyarəsi Türkiyənin hava sərhədini pozub. Türkiyə Hərbi Hava Qüvvələri ərazini tərk etmələri üçün ruslara 10 dəfə xəbərdarlıq edib. Bundan sonra Türkiyənin "F-16" qırıcıları "Su-24"ü zərərsizləşdirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi