Rusiya müdafiə naziri ölkənin cənubunda qoşunları gücləndirməyə çağırıb

Rusiya müdafiə naziri ölkənin cənubunda qoşunları gücləndirməyə çağırıb Sergey Şoyqu: "Cənub-Qərb strateji istiqamətində hərbi-siyasi vəziyyət qeyri-sabit olaraq qalır"
Region
25 Yanvar , 2017 13:55
Rusiya müdafiə naziri ölkənin cənubunda qoşunları gücləndirməyə çağırıb

Bakı. 25 yanvar. REPORT.AZ/ Ukraynanın cənub-şərqindəki vəziyyət və Şimali Qafqazda beynəlxalq terror qruplaşmalarının fəaliyyəti ilə əlaqədar Cənub Hərbi Dairəsinin qoşunları gücləndirilməlidir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında müdafiə naziri Sergey Şoyqu bildirib.

O, dairə qoşunlarının döyüş heyətinin təkmilləşdirilməsi üzrə işlərin davam etdirilməsinin, müqavilə üzrə hərbçi qəbulunun, eləcə də qoşunların yeni silah və hərbi texnika ilə təchizatının və hərbi infrastrukturun inkişafının zəruriliyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi