Rusiya Mərkəzi Bankında yanğının ilkin səbəbi açıqlanıb

Rusiya Mərkəzi Bankında yanğının ilkin səbəbi açıqlanıb Bakı. 25 avqust. REPORT.AZ/ Moskvada Rusiya Mərkəzi Bankının inzibati binasında baş vermiş yanğının səbəbi qısa qapanma ola bilər.
Region
25 Avqust , 2018 04:13
Rusiya Mərkəzi Bankında yanğının ilkin səbəbi açıqlanıb

Bakı. 25 avqust. REPORT.AZ/ Moskvada Rusiya Mərkəzi Bankının inzibati binasında baş vermiş yanğının səbəbi qısa qapanma ola bilər.

“Report” xəbər verir ki, bu barədə paytaxtın fövqəladə xidmətlərindəki mənbəyə istinadən TASS məlumat yayıb.

"Mərkəzi Bankın binasında baş verən yanğının ehtimal edilən səbəbi qısa qapanma ola bilər", - deyə agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, yanğınsöndürənlərin yaxşı koordinasiyalı işi sayəsində alovun binaya yayılmasının qarşısı alınıb.

"Yanğının sahəsi 30 kv.m təşkil edib", — deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi