Yuxarı
    Bağlamaq

    Rusiya məhkəməsi ​Krım tatarlarının lideri barəsində qiyabi həbs qərarı çıxarıb

    Mustafa Cəmiloğlu barəsində federal axtarış da elan olunub

    Bakı. 21 yanvar. REPORT.AZ/ Rusiyanın nəzarəti altında olan Simferoploun Kiyev rayon Məhkəməsi Krım tatarlarının lideri, Ukrayna parlamentinin deputatı Mustafa Cəmiloğlunun qiyabi həbsi barədə qərar çıxarıb.

    "Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiyanın Krıma təyin etdiyi prokuror Natalya Polonskaya bildirib.

    Onun sözlərinə görə, Mustafa Cəmiloğlu barəsində federal axtarış elan edilib. Bununla belə N.Polonskaya Krım tatarlarının milli liderinə qarşı Rusiya prokurorluğunun Cinayət Məcəlləsinin hansı maddəsi ilə cinayət işi başladığını açıqlamayıb: "Bir neçə maddə üzrə cinayət işi açılıb".

    Qeyd edək ki, Rusiya 2014-cü il martın 14-də Ukraynanın Krım yarımadasını ilhaq edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi