Rusiya mədəniyyət nazirinin müavini həbs edilib

Rusiya mədəniyyət nazirinin müavini həbs edilib Qriqori Pirumov “Lefertovo” həbsxanasında saxlanılır
Region
8 Dekabr , 2016 15:00
Rusiya mədəniyyət nazirinin müavini həbs edilib

Bakı. 8 dekabr. REPORT.AZ/ Rusiya mədəniyyət nazirinin müavini Qriqori Pirumov həbs olunub. 

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, o, hazırda “Lefertovo” həbsxanasının müvəqqəti saxlanma təcridxanada nəzarət altındadır. 

Q.Pirumovla yanaşı, nazirliyi bir neçə məsul əməkdaşı da həbs olunub və “Lefertovo” həbsxanasında saxlanılırlar. 

Rusiyanın mədəniyyət naziri Vladimir Medinski bildirib ki, Qriqori Pirumov öz istəyi ilə işdən çıxmaq barədə ərizə yazıb.

Məlumata görə, bir müddət əvvəl Rusiya Federal Təhlükəsizlik Xidməti Mədəniyyət Nazirliyinin bəzi vəzifəli şəxslərinə qarşı dövlət əmlakının talan etmək maddəsi ilə cinayət işi başlanıb. 

Son xəbərlər

Orphus sistemi