Rusiya İrandan quş məhsullarının idxalını qadağan edib

Rusiya İrandan quş məhsullarının idxalını qadağan edib Quş yemləri və əlavələrinin də idxalına məhdudiyyət qoyulub
Region
17 Yanvar , 2017 17:42
Rusiya İrandan quş məhsullarının idxalını qadağan edib

Bakı. 17 yanvar. REPORT.AZ/ Rusiya Kənd Təsərrüfatı Mallarına Nəzarət İdarəsi İranın quşçuluq məhsullarının federasiyaya idxalına müvəqqəti olaraq məhdidiyyət qoyub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu tədbir İranda quş qripinin yayılması ilə əlaqədar görülüb.

Məlumata görə, məhdudiyyət diri quşa, eləcə də quş ətinə və isidici emal keçməyən bütün quşçuluq məhsullarına şamil edilir.

Bundan əlavə, quş yemləri və əlavələrinin də idxalına qadağa qoyulub. 

Son xəbərlər

Orphus sistemi