Yuxarı

Rusiya hərbçiləri Suriyanın 2 pilotsuz təyyarəsini vurub

Rusiya hərbçiləri Suriyanın 2 pilotsuz təyyarəsini vurub

Bakı. 13 avqust. REPORT.AZ/ Rusiya hərbçiləri tərəfindən iki pilotsuz təyyarə Xmeymim aviabazasının yaxınlığında vurulub. 

"Report" xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiyanın Suriyadakı Atəşkəs Monitorinq Mərkəzinin rəhbəri Aleksey Çiqankov məlumat verib.

Mərkəz rəhbərinin sözlərinə görə, iki pilotsuz təyyarə hava nəzarəti vasitələri tərəfindən aşkarlanıb və dərhal da məhv edilib. 

"Hadisə nəticəsində xəsarət alanlar və maddi ziyan yoxdur. Aviabaza adi rejimdə fəaliyyət göstərir"-deyə Çiqankov vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi