Rusiya Ermənistandan məhsul idxalını qadağan edib
Region
- 30 oktyabr, 2018
- 13:22
Bakı. 30 oktyabr. REPORT.AZ/ Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidməti (Rosselxoznadzor) Avrasiya İqtisadi Birliyinin (AİB) sanitar-baytarlıq tələblərinin pozulması ilə əlaqədar Ermənistanın bəzi müəssisələrinin məhsullarının Rusiyaya idxalına müvəqqəti məhdudiyyətlər qoyub.
Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
"Rosselxoznadzor"un yaydığı bəyanatda bildirilir ki, aparılan laborator yoxlamaların nəticəsində AİB-nin sanitar-baytarlıq tələblərinə cavab verməyən müəssisələrin məhsulları ölkə ərazisinə buraxılmayacaq.
Məhdudiyyətlər həmçinin Almaniya və Koreyanın da bəzi müəssisələrinin məhsullarına tətbiq olunacaq.
Son xəbərlər
07:02
Avstraliya və Aİ müdafiə sahəsində əməkdaşlığa dair müqavilə imzalayıb
Digər ölkələr06:47
Kolumbiyada hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 66-ya çatıb - YENİLƏNİB-4
Digər ölkələr06:43
KİV: İsrail və ABŞ İranda qaz boru kəmərinə zərbə endirib
Digər ölkələr06:07
Peruda mikroavtobusla yük maşını toqquşub, 13 nəfər ölüb
Digər ölkələr05:50
ABŞ Senatı Mallinin DTN rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib
Digər ölkələr05:22
Rəsmi Tehran Vaşinqtonun vasitəçilərlə ötürdüyü təklifləri nəzərdən keçirir
Digər ölkələr04:50
Şimali Koreya lideri ölkəsinin nüvə statusundan heç vaxt imtina etməyəcəyini bildirib
Digər ölkələr04:06
Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücuma başlayıb
Digər ölkələr03:42