Yuxarı

​Rusiya Ermənistandakı bazasında xidmət edən hərbçiləri dəyişdirib

Rusiya Cənub Hərbi Dairəsi: Onları hərbi təlim mərkəzləri və hissələrdə hazırlıq keçmiş mütəxəssislər əvəzləyəcək

Bakı. 29 aprel. REPORT.AZ/ Rusiya Ermənistandakı hərbi bazasından üç minə yaxın əsgər və çavuşu Cənub Hərbi Dairəsinin başqa hissələrinə dəyişdirib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, yeri dəyişdirilənlər plana uyğun olaraq, hərbi xidmətlərinin qalan müddətini dairənin başqa hərbi hissələrində başa vuracaq: "Onları hərbi təlim mərkəzləri və hissələrdə hazırlıq keçmiş mütəxəssislər əvəzləyəcək. Yeni şəxsi heyət ixtisas üzrə Gümrüdəki tağımlara və Yerevandakı hərbi qarnizonlara göndəriləcək". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi