Yuxarı
    Bağlamaq

    Rusiya ərazisində Türkiyə hərbçilərinə abidə qoyulacaq

    Rusiya bu sənədi 2013-cü il dekabrın 11-də imzalayıb

    Bakı. 15 fevral. REPORT.AZ/ Türkiyə Böyük Millət Məclisi Rusiya ərazisində dəfn edilən türk əsgərlərinin xatirəsinə abidə qoyulması haqqında hökumətlərarası razılaşmanı təsdiqləyib.

    “Report” TRT-yə istinadən xəbər verir ki, Rusiyanın Krasnoyarsk diyarında I Dünya müharibəsində itkin düşmüş Türkiyə hərbçilərinin dəfn edildiyi yerdə memorial tikiləcək.

    Məlumata görə, Rusiyanın Vladivostok, Petrovsk və Kirov şəhərlərində dəfn edilən Türkiyə əsgərlərinin pasportlaşdırılmasının aparılması və onların hər birində abidənin ucaldılması planlaşdırılır.

    Qeyd edək ki, uyğun sənəd Türkiyə və Rusiya xarici işlər nazirlərinin 2012-ci il dekabrın 3-də iki ölkənin Ali Əməkdaşlıq Şurasının III iclasında imzalanıb.

    Rusiya bu sənədi 2013-cü il dekabrın 11-də imzalayıb.

    Razılaşma Türkiyə prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi