Yuxarı

Rusiya Dövlət Dumasının MDB İşləri Komitəsinin tərkibi təsdiqlənib

Komitəyə Kommunist Partiyasından olan deputat Leonid Kalaşnikov rəhbərlik edəcək

Bakı. 6 oktyabr. REPORT.AZ/ Rusiya Federasiyası Federal Məclisi yeddinci çağırış Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərin işləri üzrə komitəsinin tərkibi təsdiq edilib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, komitənin tərkibinə 12 deputat daxil edilib.

Komitəyə Kommunist Partiyasından olan deputat Leonid Kalaşnikov rəhbərlik edəcək, sədrin birinci müavini isə Konstantin Zatulin olacaq.

Komitədə hakim "Vahid Rusiya" partiyasından 7 deputat - Viktor Volodatski, Konstantin Zatulin, Yuri Mişeryakov, İvan Belekov, İrek Zinnurov, Artyom Kavinov, Umaxan Umaxanov yer alıb.

Kommunist Partiyası üç deputatla - Leonid Kalaşnikov, Kazbek Taysaev, eləcə də KPRF fraksiyasının sədri Gennadi Züqanov təmsil olunacaq.

Pavel Şperov isə Liberal Demokratik Partiyasının yeganə nümayəndəsi olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi