​Rusiya DİN-in keçmiş başçısı Ukraynadakı münaqişənin tənzimlənməsi üzrə qrupda təmsilçi olacaq

​Rusiya DİN-in keçmiş başçısı Ukraynadakı münaqişənin tənzimlənməsi üzrə qrupda təmsilçi olacaq Rusiya prezidenti Vladimir Putin onu Təhlükəsizlik Şurası üzvlüyündən çıxarılması haqda fərman imzalayıb
Region
12 Aprel , 2016 19:52
​Rusiya DİN-in keçmiş başçısı Ukraynadakı münaqişənin tənzimlənməsi üzrə qrupda təmsilçi olacaq

Bakı. 12 aprel. REPORT.AZ/ Rusiyanın keçmiş daxili işlər naziri, Dövlət Dumasının sabiq sədri Boris Qrızlov Ukraynada münaqişənin tənzimlənməsi üçün beynəlxalq danışıqların genişlənməsi üzrə səlahiyyətli təmsilçi olacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiya Təhlükəsizlik Şurasından bildirilib.

Bundan sonra Boris Qrızlov Ukraynadakı münaqişənin tənzimlənməsi ilə bağlı müxtəlif beynəlxalq danışıqlarda, "Təmas Qrupu"nda ölkəsini təmsil edəcək.

Qeyd edək ki, bir müddət öncə Rusiya prezidenti Vladimir Putin onu Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılması haqda fərman imzalayıb.

Xatırladaq ki, Boris Qrızlov 2002-ci ildən "Vahid Rusiya" Partiyasının əvəzedilməz sədridir. 2001-2003-cü illərdə o, Rusiyanın daxili işlər naziri olub. 2003-2011-ci illərdə isə Dövlət Dumasına sədrlik edib. 

Son xəbərlər

Orphus sistemi