Bakı. 27 oktyabr. REPORT.AZ/ Rusiya daxili işlər nazirinin müavini Aleksandr Maxonov Daxili İşlər Nazrilyinin (DİN) baş konstruktorunun həbsindən sonra vəzifəsindən istefa verib.
“Report” xəbər verir ki, bunu Rusiya DİN-in sözçüsü İrina Volk TASS-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, A.Maxonov könüllü olaraq istefa ərizəsi yazıb və işdən ayrılıb.
Qeyd edək ki, ötən il dekabrın 17-də Rusiya DİN-in baş konstruktoru Anderey Neçayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. Ancaq o, istintaqdan yayınıb və bu il oktyabrın 17-də yaşadığı ərazidə həbs olunub.