​Rusiya Ermənistanda hərbi təlimlərə başlayıb

​Rusiya Ermənistanda hərbi təlimlərə başlayıb Cənub Hərbi Dairəsinin manevri qoşunların qışdan sonrakı dövrdə hazırlığının yoxlanılması çərçivəsində keçirilir
Region
14 Aprel , 2015 18:02
​Rusiya Ermənistanda hərbi təlimlərə başlayıb

Bakı. 14 aprel. REPORT.AZ/ Rusiya Cənub Hərbi Dairəsi (CHD) moto-atıcı tağımların Ermənistandakı Alagəz hərbi bazasında taktiki təlimlər keçirir.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ruisya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, min nəfərdən çox hərbçinin iştirak etdiyi təlimlərə 300-ə yaxın hərbi texnika, o cümlədən artilleriya qurğuları, minaatanlar, hava hücumundan müdafiə silahları cəlb olunub. Təlimlər bir həftə davam edəcək.

Cənub Hərbi Dairəsinin təlimləri qoşunların qışdan sonrakı dövrdə hazırlığının yekun yoxlanılması çərçivəsində keçirilir.

Son xəbərlər

Orphus sistemi