Yuxarı

Rusiya bu il yeni kredit üzrə Ermənistana silah satışına başlayacaq

Rusiya bu il yeni kredit üzrə Ermənistana silah satışına başlayacaq

Bakı. 29 mart. REPORT.AZ/ Rusiya yeni müdafiə krediti çərçivəsində bu il Ermənistana 100 milyon dollarlıq silah tədarükünə başlayacaq. 

"Report"un RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə ArmHiTech-2018 sərgisində Rusiya hərbi-texniki əməkdaşlıq üzrə federal xidmətin direktor müavini Vladimir Drojjov bildirib.

Ötən ilin dekabrında Ermənistan prezidenti Serj Sarkisyan 15 illik ödəmə müddəti olan 100 milyon dollarlıq müdafiə krediti üzrə sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.

Bundan başqa, 2015-cu ilin iyun ayında rəsmi Moskvanın Ermənistana Rusiya istehsalı olan hərbi məhsulların alınmasına dair 200 milyon dollarlıq dövlət ixrac kreditin verilməsi haqqında saziş imzalanıb.

Ermənistanın müdafiə naziri Vigen Sarkisyan bəyan edib ki, yeni müdafiə krediti çərçivəsində Yerevan Moskvadan "strateji daşındırıcılıq" silahını almaq niyyətindədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi