Onun sözlərinə görə, hazırda RF-də qüvvədə olan xarici işçi qüvvəsinin cəlb olunması və istifadə edilməsi sistemi dövlət siyasətinin xarici əmək miqrasiyası sahəsində əsas prinsipi Rusiya vətəndaşlarının paritet məşğulluq prinsipini təmin etmir.
V.Qrin müəssisə və təşkilatlarda xarici işçilər üçün icazə verilməsi ilə bağlı iş yerlərinin son limitinin federal səviyyədə tətbiq edilməsini təklif edib. Baş prokurorluğun nümayəndəsi həmçinin miqrantların sosial, mədəni uyğunlaşma və inteqrasiyası haqqında qanun layihəsinin tezliklə qəbul edilməsinin lehinə çıxış edib.