Yuxarı

Rusiya baş nazirinin müavini: "Türkiyəyə qarşı sanksiyalar genişləndiriləcək"

Dvorkoviç: Bu yolda ardıcıl tədbirlər həyata keçirəcəyik

Bakı. 28 dekabr. REPORT.AZ/ "Türkiyəyə qarşı sanksiyalar genişləndiriləcək". "Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç "Rossiya 24" telekanalına müsahibəsində deyib.

O, baş nazir Dmitri Medvedyevin hökumət iclaslarında Rusiyanın Türkiyəyə qarşı yeni tədbirlər həyata keçirəcəyini elan etdiyini xatırladıb.

"Bu baxımdan, növbəti addımlar da olacaq və bu barədə məlumat veriləcək. Bu yolda ardıcıl tədbirlər həyata keçirəcəyik", - baş nazirin müavini deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi