Rusiya baş naziri yanğın səbəbindən tədbirin keçirildiyi binadan təxliyə olunub

Rusiya baş naziri yanğın səbəbindən tədbirin keçirildiyi binadan təxliyə olunub Onunla birlikdə "Açıq innovasiya" forumunun iştirakçıları da zalı tərk etməyə məcbur olublar
Region
26 Oktyabr , 2016 14:53
Rusiya baş naziri yanğın səbəbindən tədbirin keçirildiyi binadan təxliyə olunub

Bakı. 26 oktyabr. REPORT.AZ/ Rusiyanın Baş naziri Dmitri Medvedevin də iştirak etdiyi forumun keçirildiyi binada yanğın baş verib. 

"Report" TASS-a istinadən xəbər verir ki, hökumət başçısı və digər iştirakçılar binadan təxliyə olunublar. 

Onunla birlikdə Moskvanın Skolkovo rayonunda keçirilən "Açıq innovasiya" forumunun iştirakçıları da zalı tərk etməyə məcbur olublar.

Məlumata görə, forumda müzakirə zamanı aparıcı iştirakçıları təhlükəsizlik məqsədi ilə zalı tərk etməyə çağırıb. 

Tədbir keçirilən binadan yanıq qoxusu gəlib və tüstü müşahidə edilib. Belə ki, binanın ikinci mərtəbəsində yanğın baş verib.

İnformasiyaya görə, yanğın artıq söndürülüb. 

Son xəbərlər

Orphus sistemi