Yuxarı
    Bağlamaq

    Rusiya aviaşirkətlərinə Azərbaycana uçuş zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi tövsiyə olunub

    Azərbaycanla yanaşı, daha 46 ölkə təhlükəli zonaya salınıb

    Bakı. 17 noyabr. REPORT.AZ/ Rusiya aviaşirkətlərinə 47 ölkəyə, o cümlədən Azərbaycana uçuşlar zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məsləhət görülüb.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiyanın federal hava nəqliyyatı agentliyi olan "Rosaviasiya" noyabın 10-da bütün aeroportlara və aviaşirkətlərə təhlükəsizlik tədbirlərinin gücləndirilməsilə bağlı teleqram göndərib.

    "İnterfaks"ın aviaşirkətlərin birində işləyən məsul şəxsdən aldığı məlumata görə isə daşıyıcılara 47 ölkəyə uçuş zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsilə bağlı tövsiyə edilib. Bu ölkələr aşağıdakılardır: Avstriya, Əlcəzair, Albaniya, Əfqanıstan, Azərbaycan, Banqladeş, Bolqarıstan, Böyük Britaniya, Almaniya, Yunanıstan, Misir, İndoneziya, İspaniya, İtaliya, Hindistan, İraq, İran, Qazaxıstan, Qırğızıstan, Kipr, Küveyt, Liviya, Livan, Mərakeş, Malayziya, Makedoniya, Moldova, Myanmar, BƏƏ, Pakistan, Portuqaliya, Rumıniya, Səudiyyə Ərəbistanı, Suriya, ABŞ, Sudan, Tayland, Tacikistan, Türkmənistan, Türkiyə, Tunis, Fransa, Filippin, Monteneqro, Uqanda, Özbəkistan və Şri-Lanka.

    Qeyd edək ki, daha öncə Rusiya Federal Təhlükəsizlik Xidməti "A321" təyyarəsinin qəzaya uğramasının terror aktı nəticəsində olduğunu təsdiqləyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi