Həsən Ruhani: "İki ayadək İrana qarşı sanksiyalar qaldırılacaq"

Həsən Ruhani: "İki ayadək İrana qarşı sanksiyalar qaldırılacaq" İran prezidenti: "Bu isə bir müddət sonra ölkəmizin iqtisadiyyatına müsbət təsir göstərəcək"
Region
14 Oktyabr , 2015 17:32
Həsən Ruhani: İki ayadək İrana qarşı sanksiyalar qaldırılacaq

Bakı. 14 oktyabr. REPORT.AZ/ "İki ayadək sanksiyalar qaldırılacaq, dolayısı ilə ölkədə yeni dönəm başlayacaq".

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Həsən Ruhani yerli televiziya kanallarından birinə müsahibəsində deyib. 

Onun fikrincə, İranın düşmənləri sanksiyalar və təzyiqlərdən alət kimi istifadə edir: "Bu basqıları davam etdirənlər nüvə proqramımızla bağlı müzakirələrdə sanksiyaları ön plana çıxaranlardır".

H.Ruhani deyib ki, sanksiyalar qaldırıldıqdan sonra İran iqtisadiyyatı dirçələcək: "Bu isə bir müddət sonra ölkəmizin iqtisadiyyatına müsbət təsir göstərəcək".

Xatırladaq ki, bu ilin iyulunda İranla "altılıq" ölkələri (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) arasında əldə edilən razılaşmaya əsasən, İslam Respublikası nüvə proqramı ilə bağlı fəaliyyətindən geri çəkilir, bunun qarşılığında isə İrana qarşı beynəlxalq sanksiyaların ləğvi vəd edilib.

Qeyd edək ki, bir neçə gün öncə İranın ali rəhbəri ayətullah Əli Xamenei ABŞ-la danışıqları dayandırmağı məsləhət görüb. Onun sözlərinə görə, bu qadağanın İranın nüvə proqramı ilə bağlı danışıqlara da tətbiq olunacağı istisna edilmir. 

Son xəbərlər

Orphus sistemi