Bakı. 19 mart. REPORT.AZ/ İstintaq "Boeing"in Rostovda qəzaya uğramasının iki əsas versiyasını nəzərdən keçirir. "Report" TASS-a istinadən xəbər verir ki, bunlar hava şəraiti səbəbindən pilot idarəetməsində səhv və ya texniki nasazlıqdır.
Aviaqəzanın araşdırılması üçün BƏƏ, ABŞ və Fransadan ekspertlər də cəlb olunacaq.
Bu arada xilasedicilər təyyarənin qəzaya uğradığı yerdə "qara qutu" tapıb. İkinci qutunun axtarışları davam etdirilir.
Xatırladaq ki, Dubaydan Rostov-Don şəhərinə uçan "Boeing 737-800" sərnişin təyyarəsi bu gün səhər saatlarında Rostovda pis görüntü şəraitində eniş edərkən qəzaya uğrayıb. Rusiya FHN-in məlumatına görə, laynerin göyərtəsində 55 sərnişin və 7 ekipaj üzvü olub. Onların hamısı ölüb.