Robert Koçaryanın həbs müddəti uzadılıb

Robert Koçaryanın həbs müddəti uzadılıb Bakı. 18 yanvar. REPORT.AZ/ Yerevan Məhkəməsi Ermənistanın sabiq Prezidenti Robert Koçaryan barəsindəki həbs qətimkan tədbirinin müddətini iki ay uzadıb.
Region
18 Yanvar , 2019 19:08
Robert Koçaryanın həbs müddəti uzadılıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Yerevan Məhkəməsi Ermənistanın sabiq Prezidenti Robert Koçaryan barəsindəki həbs qətimkan tədbirinin müddətini iki ay uzadıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu məhkəmə iclasından sonra vəkil Aram Orbelian jurnalistlərə bildirib.

“Əlbəttə, biz bunun mövcud qanunlara zidd olduğunu düşünürük”, - deyə vəkil vurğulayıb.

Xatırladaq ki, R.Koçaryan 2008-ci ildə konstitusiya quruluşunu zorakı yolla devirməkdə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi