Rəsmi Kreml "Skripali işi" ilə bağlı ABŞ-ın sanksiyasına etirazını bildirib

Rəsmi Kreml "Skripali işi" ilə bağlı ABŞ-ın sanksiyasına etirazını bildirib Bakı. 10 avqust. REPORT.AZ/ Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovla ABŞ dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub.
Region
10 Avqust , 2018 22:11
Rəsmi Kreml Skripali işi ilə bağlı ABŞ-ın sanksiyasına etirazını bildirib

Bakı. 10 avqust. REPORT.AZ/ Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovla ABŞ dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub. 

"Report" xəbər verir ki, bu barədə rusiya XİN-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Rusiya tərəfi mövcud "Skripali işi" ilə bağlı Vaşinqtonun sanksiyalarına qarşı kəskin etirazını bildirib.

Bundan əlavə, tərəflərin telefon danışığında beynəlxalq gündəm, o cümlədən Suriyadakı vəziyyətlə bağlı bir sıra məsələlər müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi