Rəsmi açıqlama: Həsən Ruhani yenidən İran prezidenti seçilib

Rəsmi açıqlama: Həsən Ruhani yenidən İran prezidenti seçilib Əbdürrza Rəhmani-Fəzli: "Həsən Ruhani 23 milyon 549 min, yaxud səslərin 57 faizini toplayıb"
Region
20 May , 2017 14:05
Rəsmi açıqlama: Həsən Ruhani yenidən İran prezidenti seçilib

Bakı. 20 may. REPORT.AZ/ İranın fəaliyyətdə olan hökumət başçısı Həsən Ruhani seçicilərin 23 milyon 549 min səsini qazanaraq, yenidən prezident seçilib.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam respublikasının daxili işlər naziri Əbdürrza Rəhmani-Fəzli rəsmi nəticələri elan edərkən bildirib.

“41 milyon 220 min səsvermə bülleteni sayılıb. Həsən Ruhani 23 milyon 549 min, yaxud səslərin 57 faizini, Seyid İbrahim Rəisi Sadat 15 milyon 786 min, yaxud səslərin 38,5 faizini toplayıb”, - deyə nazir bildirib.

Rəhmani- Fəzli əlavə edib ki, o biri iki namizəd - Mustafa Mirsəlim 478 min 215 və Mustafa Haşimi- Taba 215 min 450 səs toplayıb. 

Qeyd edək ki, 56 milyon 410 min 234 seçici qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi