​"Report"un İstanbul hava limanındakı əməkdaşı: "Partlayış yaxınlığımızda baş verdi"

​"Report"un İstanbul hava limanındakı əməkdaşı: "Partlayış yaxınlığımızda baş verdi" Terrorçu özünü bizim yaxınlığımızda partlatdı
Region
29 İyun , 2016 01:08
​Reportun İstanbul hava limanındakı əməkdaşı: Partlayış yaxınlığımızda baş verdi

Bakı. 29 iyun. REPORT.AZ/ "İstanbulun Atatürk adına Beynəlxalq Hava Limanında idik. Birdən partlayış səsi eşidildi. İkinci partlayış yaxınlığımızda baş verdi" – bu sözləri "Report"un Türkiyənin İstanbul şəhərinin Atatürk Hava Limanında baş vermiş terror aktının şahidi olmuş əməkdaşı deyib.

Əməkdaşımız bildirib ki, partlayış hadisəsi onun yaxınlığında baş verib: "Terrorçu özünü bizim yaxınlığımızda partlatdı. Hadisə hava limanının terminalında baş verdi. Partlayışın təsirindən hamımız yerə yıxıldıq".

Bununla yanaşı, partlayışdan sonra ərazidə atəş səsləri də eşidilib: "Hava limanındakı insanlar atəş səslərindən təlaş keçirərək qaçır, ərazidən uzaqlaşmağa çalışırdılar. Polis əməkdaşları da terroçuya atəş açdı. Terrorçu tək deyildi. Onlar bir neçə nəfər idilər".

Son xəbərlər

Orphus sistemi