Rəcəb Tayyib Ərdoğan “Türk axını” ilə bağlı qanunu imzalayıb

Rəcəb Tayyib Ərdoğan “Türk axını” ilə bağlı qanunu imzalayıb Bununla da qanun qüvvəyə minib
Region
6 Dekabr , 2016 09:43
Rəcəb Tayyib Ərdoğan “Türk axını” ilə bağlı qanunu imzalayıb

Bakı. 6 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə imzalanan “Türk axını” təbii qaz kəmərinin tikintisinin razılaşdırılması haqqında qanunu təsdiqləyib. 

“Report” xəbər verir ki, prezidentin imzaladığı qanun Türkiyənin “Resmi Gazete”sində dərc olunub. 

Bununla da qanun qüvvəyə minib.

Türkiyə hökuməti qaz kəmərinin tikintisinin 2017-ci ilin əvvəlində başlayacağını istisna etmir.

Xatırladaq ki, bu il oktyabrın 10-da Ankara ilə Moskva arasında kəmərin Qara dənizin dibi ilə çəkilməsinə dair razılaşma imzalanıb.

İki xəttdən ibarət olacaq kəmərin bir xətti Türkiyəyə, digəri isə Avropaya təbii qaz nəql edəcək. Layihənin 2019-cu ilin dekabrında başa çatdırılması planlaşdırılıb. 

Son xəbərlər

Orphus sistemi