Rəcəb Tayyib Ərdoğan: "Oyunu pozanlar bunun hesabını ödəyəcəklər"

Rəcəb Tayyib Ərdoğan: "Oyunu pozanlar bunun hesabını ödəyəcəklər" Türkiyə prezidenti koalisiya hökumətinin qurulması ilə bağlı yeni mesaj yayıb
Region
22 İyun , 2015 11:35
Rəcəb Tayyib Ərdoğan: Oyunu pozanlar bunun hesabını ödəyəcəklər

Bakı. 22 iyun. REPORT.AZ/ "Oyunu pozanlar bunun hesabını ödəyəcəklər".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan koalisiya hökumətinin qurulması ilə bağlı özünün "twitter" hesabındakı messajında bildirib.

O qeyd edib ki, Türkiyədə yenidən sabitlik və etimad ortaq dil, ortaq hədəflər və ortaq fikir çərçivəsində qurulan koalisiya hökuməti ilə mövcud ola bilər: "Bu oxşarlıqları deyil, fərqlilikəri önə çıxararaq, oyunu pozan partiyalar və siyasətçilər bunun hesabını millətə verəcəklərini unutmasınlar. Seçkinin ortaya çıxartdığı nəticənin məsuliyyətini üzərinə götürmək lazımdır. Onun gerçəkləşməsinin qarşısını almağa heç kimin haqqı yoxdur". 

Son xəbərlər

Orphus sistemi