Yuxarı

Rəcəb Tayyib Ərdoğan bu gün İrana səfər edəcək

R.T.Ərdoğanın təyyarəsi Bakı saatı ilə 09.30-da Ankaranın Esenboğa havalimanından Tehrana uçacaq

Bakı. 7 aprel. REPORT.AZ/ Türkiyə prezidentinin rəhbərlik etdiyi nümyəndə heyəti bu gün İrana rəsmi səfərə yola düşür.

"Report"un məlumatına görə, Rəcəb Tayyib Ərdoğanın təyyarəsi Ankaranın Esenboğa havalimanından Bakı saatı ilə 09.30-da Tehrana uçacaq.

Səfər çərçivəsində Türkiyə prezidentinin həmkarı Həsən Ruhani və İranın Ali dini rəhbəri Ayətulla Əli Xameneyi ilə görüşü planlaşdırılır.

Prezident Ərdoğan Türkiyə-İran Əməkdaşlıq Şurasının ikinci sammitinə qatılmalıdır. Onun 14 milyard dollar təşkil edən qarşılıqlı ticarətin genişləndirilməsini təklif edəcəyi gözlənilir.

İranın nüvə proqramına dair razılığın şərtlərinə görə sanksiyaların yüngülləşdirilməsi ilə Türkiyə mənfəət əldə edəcəyini düşünür.

Təhlilçilər hesab edir ki, iki qonşu ölkə arasında düşmənçiliklə əməkdaşlıq arasında balans saxlanılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi