Yuxarı

Ərdoğan SİRİZA liderinə mesaj göndərib

Türkiyə prezidenti:Verilən mesajların arxasında dayanılmazsa, problem olar

Bakı. 30 yanvar. REPORT.AZ/ "Çipras təmkinli olmalıdır". "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanda keçirilən parlament seçkilərində qələbə qazanmış SİRİZA Radikal Sol Partiyasının lideri Aleksis Çipras barədə danışarkən deyib.

A.Çiprasın seçkiqabağı kampaniyada "Yunanıstan xarici borcları ödəməyəcək" bəyanatına münasibət bildirən Ərdoğan deyib ki, o, bəzi mesajlarda daha təmkinli olmalıdır.

"Siyasət emosianallığı çox sevməz. Populizmdə balans yaratmaq yaxşıdır. Verilən mesajların arxasında dayanılmazsa, problem olar ", - o vurğulayıb.

Ərdoğan əlavə edib ki, iki ölkə ilə bağlı "yazı-pozular"a o qədər də önəm vermir və dövlətlər arasında münasibət əvvəlki liderlərin dönəmində də normal olub, bundan sonra da belə olacağına ümidvardır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi