​Ramzan Kadırov: "Türkiyə Rusiya təyyarəsini ABŞ-ın göstərişi ilə vurub"

​Ramzan Kadırov: "Türkiyə Rusiya təyyarəsini ABŞ-ın göstərişi ilə vurub" Çeçenistan rəhbəri Türkiyəni İŞİD ilə iş birliyində ittiham edib
Region
28 Noyabr , 2015 19:29
​Ramzan Kadırov: Türkiyə Rusiya təyyarəsini ABŞ-ın göstərişi ilə vurub

Bakı. 28 noyabr. REPORT.AZ/ Çeçenistan rəhbəri Ramzan Kadırov Türkiyəni "İraq-Şam İslam Dövləti" terror qruplaşması (İŞİD) ilə iş birliyində ittiham edib.

"Report" xəbər verir ki, bu barədə o, şəxsi "Instagram" səhifəsində yazıb.

"Ankaranın terrorçularla biznes əlaqələri var və onlardan neft alır. Bu gün Türkiyə terrorçuların cəlb edilməsi və Suriyaya göndərilməsi üçün bazaya çevrilib, dünyanın hər yerindən quldurlar ora Türkiyə vasitəsilə gedirlər", - deyə Kadırov yazıb.

Onun sözlərinə görə, Türkiyə Suriyada Rusiyaya məxsus "Su-24" təyyarəsini ABŞ-ın göstərişi ilə vurub.

Son xəbərlər

Orphus sistemi