Yuxarı

​Qondarma “erməni soyqırımı” növbəti dəfə Gürcüstan parlamentində qalmaqala səbəb olub

Erməni deputatın arzusu ürəyində qalıb

Tbilisi. 13 aprel. REPORT.AZ/ Qondarma “erməni soyqırımı”nın Gürcüstan parlamenti tərəfindən tanınmasına dair erməni deputatın təklifi növbəti dəfə ciddi etirazlara səbəb olub.

“Report”un xəbərinə görə, azərbaycanlı deputat Azər Süleymanov erməni həmkarının arzusunu ürəyində qoyub.

“Bugünkü iclasda Axalkalakidən olan deputat Samvel Petrosyan Gürcüstan parlamentində qondarma “erməni soyqırımı”nın tanınmasını təklif etdi. O, Gürcüstan parlamentinin bu yalançı soyqırımı tanımasının erməni xalqı tərəfindən minnətdarlıqla qarşılanacağını söylədi. Lakin mən ona sözünü bitirməyə imkan vermədim və belə bir məsələnin iclasın gündəliyinə daxil edilməsinə etirazımı bildirdim”, - deyə A.Süleymanov “Report”a müsahibəsində bildirib.

Vahid Milli Hərəkat Partiyasının üzvü olan Azər Süleymanov həmkarının sözünü kəsib və onun təklifini absurd adlandırıb.

A.Süleymanov iclasdakı çıxışında deyib: “Bura Ermənistan parlamenti deyil, Gürcüstan parlamentidir. Ona görə də burada Gürcüstanın problemləri müzakirə olunmalıdır”.

S.Petrosyanı deputat yox, şoumen adlandıran A.Süleymanov həmkarına parlamenti yalançı soyqırımı nağılları ilə çirkləndirməməyə çağırıb. O bildirib ki, əslində əsl soyqırımı ermənilərdən ibarət “Baqramyan” taboru Abxaziyada törədib: “Abxaziyada ermənilər günahsız gürcüləri qətlə yetiriblər. Əgər söhbət 1915-ci ildə baş vermiş hadisələrdən gedirsə, Türkiyə tərəfi bu məsələylə əlaqədar öz arxivlərini açıb, amma Ermənistan belə bir addımı atmaqdan qəti imtina edir”.

Diqqəti ermənilərin Azərbaycanın işğal etdikləri ərazilərində törətdikləri vəhşiliklərə çəkən A.Süleymanov deyib: “Ermənilər bir gecədə Xocalıda 613 dinc sakini qətlə yetiriblər. Hazırda isə Azərbaycan torpaqlarında müharibə gedir, siz hansı “erməni soyqırımı”ndan söz açırsınız”.

Azərbaycanlı deputatın çıxışı deputatların böyük əksəriyyəti tərəfindən dəstəkləndiyi üçün Samvel Petrosyan məsələni qapadıb və müzakirə açılmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi