Yuxarı
    Bağlamaq

    ​Qırğızıstanda daş kömür mədənində qəza olub, 3 şaxtaçı ölüb

    Həyatını itirən ən gənc şaxtaçı 20 yaşında olub

    Bakı. 21 oktyabr. REPORT.AZ/ Qırğızıstanın Sulyukta Batken vilayətindəki daş kömür mədənində dəm qazından zəhərlənmə nəticəsində 5 nəfər zəhərlənib, onlardan 3-ü ölüb.

    "Report" Qırğızıstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Föqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Məlumata görə, həyatını itirən ən gənc şaxtaçı 20 yaşında olub.

    Zərərçəkənləri iş yoldaşları təxliyyə edib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

    Hadisə ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi