Yuxarı
    Bağlamaq

    Qırğızıstanda şagirdlərin məktəbə hicablı gəlməsi qadağan edilib

    Müfti və Dini Məsələlər üzrə Dövlət Komissiyasının təmsilçisi də məktəblərdə hicabın geyinilməsinin qəbuledilməzliyini bildiriblər

    Bakı. 11 avqust . REPORT.AZ/ Qırğızıstanda şagirdlərin məktəbə hicabla getməsi qadağan edilib.

    "Report" Qırğızıstan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin təhsil naziri Elvira Sarıyeva bildirib.

    "Baş nazir aydın şəkildə bəyan edib ki, dünyəvi dövlət dünyəvi qanun-qaydalarla idarə olunmalıdır, ancaq dini baxışlara da hörmət edilməlidir. Məktəb çərçivəsində standart məktəbli forması təsdiqlənib. Biz hesab edirik ki, şagirdlər bu qaydaya əməl etməlidir", - E.Sarıyeva vurğulayıb.

    Onun sözlərinə görə, Qırğızıstan müftisi və Dini Məsələlər üzrə Dövlət Komissiyasının təmsilçisi də məktəblərdə hicabın geyinilməsinin qəbuledilməzliyini bildiriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi