Qırğızıstan Baş Prokurorluğu sabiq prezident Atambayevin toxunulmazlığının ləğvini təsdiqləyib

Qırğızıstan Baş Prokurorluğu sabiq prezident Atambayevin toxunulmazlığının ləğvini təsdiqləyib Qırğızıstan Baş Prokurorluğu parlamentin deputatlarının sabiq prezident Almazbek Atambayevin toxunulmazlığının ləğv edilməsi təklifini təsdiqləyib.
Region
25 İyun , 2019 12:05
Qırğızıstan Baş Prokurorluğu sabiq prezident Atambayevin toxunulmazlığının ləğvini təsdiqləyib

Qırğızıstan Baş Prokurorluğu parlamentin deputatlarının sabiq prezident Almazbek Atambayevin toxunulmazlığının ləğv edilməsi təklifini təsdiqləyib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə parlamentin iclasında respublikanın baş prokuroru Otkurbek Cəmşidov məlumat verib.

O bildirib ki, Baş Prokurorluğun Atambayevin toxunulmazlıqdan məhrum edilməsi barədə təqdimatı parlamentə göndərilib.

Baş prokurorun sözlərinə görə, keçmiş dövlət başçısının torpaqların ərazilərinin profillərinin dəyişdirilməsində, Bişkek İES-in yenidənqurma prosesində baş verən korrupsiyada, kriminal avtoritet Əziz Batukayevin cəzaçəkmə müəssisəsindən qeyri-qanuni şəkildə sərbəst buraxılmasında, həmçinin paytaxtdakı İES-ə kömürün qeyri-qanuni yolla tədarük edilməsində, Çuy vilayətinin Koy-Taş kəndində yaşayış evinin tikintisi üçün qeyri-qanuni yolla ərazi əldə edilməsində əli ola bilər.

Qeyd edək ki, Qırğızıstanda iyunun 13-də keçmiş prezidentin toxunulmazlıq hüququndan məhrum edilməsi üzrə parlament komissiyası yaradılıb, komissiyanın tərkibinə altı fraksiyanın hər birinin nümayəndələri daxil edilib.

Sabiq prezidentin toxunulmazlıq immunitetindən məhrum edilməsi məsələsinə iyunun 25-də Qırğızıstan Ali Sovetində baxılacağı planlaşdırılır. Daha əvvəl respublikanın hüquq-mühafizə orqanlarının nümayəndələri Atambayevə qarşı cinayət işi başladıldığını elan ediblər.

Son xəbərlər

Orphus sistemi