Qırğız Respublikasında koronavirusdan ölənlərin sayı artdı

Qırğız Respublikasında koronavirusdan ölənlərin sayı artdı Qırğız Respublikasında son sutkada daha 18 nəfər koronavirusa yoluxub.
Region
10 Aprel , 2020 09:48
Qırğız Respublikasında koronavirusdan ölənlərin sayı artdı

Qırğız Respublikasında son sutkada daha 18 nəfər koronavirusa yoluxub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Operativ Qərargahının nümayəndəsi deyib. 

Onun sözlərinə görə, son sutkada Oş vilayətinin Nookat xəstəxanasında 87 yaşlı kişi ölüb. Bununla ölkədə virusdan ölənlərin sayı 5-ə çatıb. 

Qırğız Respublikasında qeydə alınan koronavirusa yoluxma hallarının sayı isə 298-ə yüksəlib. Onlardan 34-ü həkimdir.

Qeyd edək ki, ölkədə martın 22-dən fövqəladə vəziyyət elan edilib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 605 000-i ötüb. Bunların 356 925 nəfəri sağalıb, 95 751 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi