​Qırğız Respublikası ilə Tacikistan sərhədində atışma olub

​Qırğız Respublikası ilə Tacikistan sərhədində atışma olub Hadisə yerinə gedən Tacikistan sərhəd xidməti vətəndaşlarının hərəkətlərinin qarşısını almayıb
Region
6 İyul , 2015 18:19
​Qırğız Respublikası ilə Tacikistan sərhədində atışma olub

Bakı. 6 iyul. REPORT.AZ/ Qırğızıstan və Tacikistan sərhədçiləri arasında atşıma olub.

"Report" Qırığızstan KİV-ə istinadən xəbər verir ki, bu haqda Qırğız Respublikası Dövlət Sərhəd Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Xəbərə görə, hadisə Batken vilayətinin eyni adlı rayonunun Koço-Karın məntəqəsində baş verib.

Məlumata əsasən, 6-ya yaxın Tacikistan vətəndaşı Qırığız Respublikasının dövlət sərhədini qanunsuz keçərək, Qırğızıstan vətəndaşlarının avtomobilinə daş atmağa başlayıblar. Onlar Qırığız sərhədçilərinin xəbərdarlığına məhəl qoymayıb,Tacikistan ərazisinə qayıtmaqdan boyun qaçıraraq, hərbçiləri daşa basıblar.

Xəbərdə bildirilib ki, hadisə yerinə gedən Tacikistan sərhəd xidmətinin nümayəndələri vətəndaşlarının hərəkətlətinin qarşısını almayıb. Əksinə Qırğız Respubilkasının sərhədçilərinə atəş açıblar.

Atışma nəticəsində Tacikistan vətəndaş yaralanıb. 

Son xəbərlər

Orphus sistemi