Qırğız prezidenti Türkiyədə həkim nəzarəti altında istirahət edir

Qırğız prezidenti Türkiyədə həkim nəzarəti altında istirahət edir Almazbek Atambayev sentyabrın sonlarınadək İzmirdə müalicə olunacaq
Region
20 Sentyabr , 2016 14:15
Qırğız prezidenti Türkiyədə həkim nəzarəti altında istirahət edir

Bakı. 20 sentyabr. REPORT.AZ/ "Qırğız Respublikasının prezidenti Almazbek Atambayev Türkiyənin İzmir əyalətinin Çeşme rayonunda həkim nəzarəti altında istirahət edir".

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, o, gecə saatlarında təyyarə ilə İzmirin Adnan Menderes Hava Limanına, oradan isə Çeşmedəki otellərdən birinə gedib.

Məlumata görə, A.Atambayev sentyabrın sonlarınadək Türkiyədə müalicə olunacaq.  

Qeyd edək ki, Qırğız Respublikası prezidentinin mətbuat xidməti Almazbek Atambayevin səhhətinin pisləşməsi ilə bağlı tibbi müayinədən keçmək məqsədilə məzuniyyətə çıxdığını açıqlayıb. Prezident Administrasiyasının məlumatına görə, məzuniyyət oktyabrın 1-dək davam edə bilər.

Xatırladaq ki, sentyabrın 19-da Qırğız prezidenti ürəyindəki problemlərlə əlaqədar Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirakdan imtina edib. Bəzi KİV-lər isə Qırğız Respublikası dövlət başçısının səhhətinin ağır olduğu barədə məlumat yayıb. 

Son xəbərlər

Orphus sistemi