Yuxarı

​Qeyri-döyüş şəraitində ölən erməni əsgərlərin valideynləri Britaniyadan sığınacaq istəyib

Əsgər anaları ölkədəki başqa dövlətlərin səfirliklərinə də eyni müraciəti edəcəklərini bildiriblər

Bakı. 10 dekabr. REPORT.AZ/ Ermənistan Silahlı Qüvvələrinin qeyri-döyüş şəraitində ölən əsgərlərinin valideynləri Britaniyadan sığınacaq istəyib.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, həmin əsgərlərin valideynlərini polis ikinci həftədir Ermənistan prezidentinin iqamətgahı qarşısına yaxınlaşmasına icazə vermir.

Xəbərdə bildirilib ki, onlar prezident iqamətgahının yaxınlığında hər gün piket keçirirlər.

Valideynlər Britaniya səfirliyinə gediblər. Onları səfirin müavini Emays Morz qarşılayıb. Əsgər anaları Britaniyadan sığınacaq istədiklərini bildiriblər. Morz onlardan yazılı şəkildə müraciət etmələrini istəyib. Diplomat müraciətlərinin cavabsız qalmayacağına boyun olub.

İnformasiyaya əsasən, valideynlər eyni müraciətlə Avropa İttifaqının Yerevandakı ofisinə də müraciət ediblər.

Məlumatda qeyd olunub ki, əsgər anaları ölkədəki başqa dövlətlərin səfirliklərinə də eyni müraciəti edəcəklərini bildiriblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi