Qazaxıstanda baş prokurorun keçmiş birinci müavininə və iş adamına hökm oxunub

Qazaxıstanda baş prokurorun keçmiş birinci müavininə və iş adamına hökm oxunub Məhkəmə azadlıqdan məhrum edilənlərin hamısının mal-mülkünün müsadirə olunması haqda da qərar çıxarıb
Region
7 Noyabr , 2016 16:59
Qazaxıstanda baş prokurorun keçmiş birinci müavininə və iş adamına hökm oxunub

Bakı. 7 noyabr. REPORT.AZ/ Qazaxıstanda dövlət çevirlişi cəhdinə görə tutulan iş adamı Toxtar Tuleşov 21 il müddətinə azadlıqdan məhrum edilib.

“Report” “Tengrinews.kz”a istinadən xəbər verir ki, o, cəzasını ciddi rejimli həbsxanada çəkəcək.

Onun oğlu Tulegen Tuleşova isə şərti cəza verilib.

Cənubi Qazxıstan Daxili İşlər İdarəsi rəisinin birinci müavini Xibratulla Doskaliyev də 5 il müddətinə azadlıqdan məhrum edilib. İki hərbi hissənin komandiri də cəzalandırılanlar arasındadır. Onlar iş adamı ilə əlbir olmaqda ittiham olunublar.

Məlumata əsasən, Toxtar Tuleşov bu il ölkənin Şımkent şəhərində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb. Ona məxsus holdinqin Rusiya, Qırğız Respublikası və Tacikistanda da filialları fəaliyyət göstərir.

Məlumata əsasən, Qazaxıstan baş prokurorunun keçmiş birinci müavini İlyas Baxtıbayev də 7 il azadlıqdan məhrum edilib. O da Toxtar Tuleşovla əlbir olmaqda təqsirli bilinib.

Məhkəmə azadlıqdan məhrum edilənlərin hamısının mal-mülkünün müsadirə olunması haqqında qərar çıxarıb. 

Son xəbərlər

Orphus sistemi