Yuxarı

Qazaxıstanlı ekspert Nursultan Nazarbayevin istefa qərarını şərh edib

​Qazaxıstanlı ekspert Nursultan Nazarbayevin istefa qərarını şərh edib

Prezident olmasa da, Nursultan Nazarbayev Qazaxıstandakı proseslərə nəzarət "rıçaqlar"ını əlində saxlayacaq.

Bu barədə "Report"a qazaxıstanlı ekspert Sultanbek Sultanqaliyev Qazaxıstan Prezidentinin istefa verməsini şərh edərkən bildirib.

"Qazaxıstanda hakimiyyət tranzitinin mahiyyətini çoxları başa düşmür. Söhbət dövlət başçısının siyasi arenanı tərk etməsindən getmir. Hətta Prezident postundan getsə də, Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının rəhbəri, parlamentin hər iki palatasında, hökumət orqanlarının regional nümayəndəliklərində çoxluğa malik iqtidardakı "Nur Otan" partiyasının lideri, Qazaxıstan Xalq Asasambleyasının sədri kimi ölkədəki mövcud siyasi və iqtisadi proseslərə nəzarətin ən effektiv imkanlarını əlində saxlayacaq", - S.Sultanqaliyev deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi