Qazaxıstanın Batumidəki neft şirkətlərində kadr dəyişikliyi olacaq

Qazaxıstanın Batumidəki neft şirkətlərində kadr dəyişikliyi olacaq ​Gürcüstanın malyyə naziri "KazTransOil" baş direktorunu qəbul edib
Region
4 Aprel , 2015 15:06
Qazaxıstanın Batumidəki neft şirkətlərində kadr dəyişikliyi olacaq

Bakı. 4 aprel. REPORT.AZ/ Qazaxıstanın "KazTransOil" şirkətinin baş direktoru Kayrgeldi Kabıldin Tiflisdə Gürcüstanın maliyyə naziri Nodar Xaduri ilə görüşüb.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin perspektivlərini müzakirə ediblər.

Görüş iştirakçıları Qazaxıstanın "Batumi Terminal Limited" Holdinqinə daxil olan Batumidəki neft terminalı və Batumi dəniz limanındakı şirkətlərin vəziyyətindən də danışıblar.

Holdinqin baş direktoru götürdükləri öhdəlikləri yerinə yetirmək üçün şirkətlərdə kadr dəyişikliyi və yenidənqurma işləri görməyi planlaşdırdıqlarını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi