Qazaxıstanda yeni xarici işlər və milli iqtisadiyyat nazirləri təyin edilib

Qazaxıstanda yeni xarici işlər və milli iqtisadiyyat nazirləri təyin edilib Kayrat Abdraxmanov Qazaxıstanın xarici işlər naziri olub
Region
28 Dekabr , 2016 17:15
Qazaxıstanda yeni xarici işlər və milli iqtisadiyyat nazirləri təyin edilib

Bakı. 28 dekabr. REPORT.AZ/ Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Kayrat Abdraxmanovun respublikanın xarici işlər naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin rəsmi saytı məlumata yayıb.

Eyni fərmanla K.Abdraxmanov Qazaxıstanın BMT-dəki daimi nümayəndəsi vəzifəsindən azad edilib.

Əvvəlki xarici işlər naziri Yerlan İdrisov başqa işə keçdiyinə görə vəzifəsindən azad olunub.

Qazaxıstan prezidentinin fərmanına əsasən, respublikanın milli iqtisadiyyat naziri Kuandık Bişimbayev vəzifəsindən azad olunub və onu bu postda Timur Süleymenov əvəzləyib.

Son xəbərlər

Orphus sistemi