Yuxarı

Qazaxıstanda keçirilən 7-ci Türkoloji Qurultay başa çatıb

Qazaxıstanda keçirilən 7-ci Türkoloji Qurultay başa çatıb
Doktor Süer Eker: “Ana uşağına dili öyrətməkdən imtina etdikdə o dil ölməyə başlayır”

Bakı. 20 oktyabr. REPORT.AZ/ Qazaxıstanda keçirilən 7-ci Türkoloji Qurultay bu gün başa çatıb.

“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Xoca Əhməd Yasəvi adına Türk-Qazax Universitetinin təşkil etdiyi tədbir “Təhlükədəki türk dilləri” probleminə həsr olunub. 

Universitet prorektoru Mustafa Eren dilin millətin var olmasının əsas səbəblərindən biri olduğunu vurğulayıb: “Bizlər dilimizlə varıq. Dilimiz təhlükə ilə qarşılaşıbsa, deməli varlığımız təhlükədədir”.

Başkent Universitetinin Türk dili və ədəbiyyatı fakültəsinin Müəllimlər Şurasının üzvü, professor Süer Eker bəzi türk dillərinin yox olma təhlükəsi ilə üzləşdiyini bildirib: “Krım qaraycası, qaqauzca belə dillərdədir”. O, Türkdilli ölkələrdə gənclərin öz dilində deyil, rus dilində danışmalarını da tənqid edib: “Ana uşağına dili öyrətməkdən imtina etdikdə o dil ölməyə başlayır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi