Yuxarı
    Bağlamaq

    ​Qazaxıstanda helikopter qəzaya uğrayıb, 5 nəfər ölüb

    Helikopter xəstə uşağı Taldıkurqan şəhərindəki xəstəxanaya çatdırmaq üçün uçurmuş

    Bakı. 28 yanvar. REPORT.AZ/ Qazaxıstanda mülki helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.

    "Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Ruslan İmankulov bildirib.

    Məlumata görə, helikopter Almatı vilayətinin Alakol bölgəsinin Uşaral şəhərindən xəstə uşağı Taldıkurqan şəhərindəki xəstəxanaya çatdırmaq üçün uçurmuş.

    Qəza nəticəsində helikopterin göyərtəsindəki 5 nəfər - pilot, iki tibb işçisi, ana və xəsətə uşaq həlak olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi