Yuxarı

Qazaxıstanda biznesmen dövlət çevrilişinə cəhddə təqsirləndirilib

Çimkənd pivə zavodunun sahibi Toxtar Tuleşov etiraz aksiyalarını maliyyələşdirilib

Bakı. 11 iyul. REPORT.AZ/ Dövlət çevrilişinə cəhd etməkdə ittiham olunan qazaxıstanlı biznesmen Toxtar Tuleşov banka 200 milyon dollar borcunun olması və düzənsiz həyat tərzinə olan meyilliliyinə görə, bu addımı atıb.

"Report" "Kazinform"a istinadən xəbər verir ki, bu barədə bu gün Qazaxıstan xüsusi xidmət orqanından bildirilib.

Qeyd edək ki, iyunun əvvəlində Qazaxıstanın ən böyük şirkətlərindən olan Çimkənd pivə zavodunun sahibi T.Tuleşov torpaq islahatlarına qarşı etiraz aksiyalarının maliyyələşdirilməsində ittiham edilib.

Qazaxıstan hakimiyyətinin iddiasına görə, T.Tuleşov hələ 2015-ci ilin dekabr ayında bu ilin yazında ölkənin bir çox şəhərlərində keçirilmiş etiraz aksiyalarını maliyyələşdirib. İcazəsiz aksiyalar Atırau şəhərində başlanıb.

İddialara görə, biznesmen hakimiyyətdə çeviriliş etdikdən sonra inzibati resurslar vasitəsilə borc problemini həll edəcək və ailəsini, eləcə də biznesinin rifahını qoruyacaqdı.

Xatırladaq ki, biznesmen təhlükəsizlik qüvvələri tərəfindən yanvarın sonunda Çimkənddə həbs olunub. Əməliyyat zamanı silahla dolu bir neçə qutu ələ keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi